İqor Konaşenkov: ‘‘Mariupolda 1026 Ukrayna hәrbçisi tәslim olub’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Mariupolda 1026 Ukrayna əsgərinin təslim olduğunu iddia edib.

1811793
İqor Konaşenkov: ‘‘Mariupolda 1026 Ukrayna hәrbçisi tәslim olub’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Mariupolda 1026 Ukrayna əsgərinin təslim olduğunu iddia edib.

Konaşenkov deyib: “Rusiya qüvvәlәrinin  və (qondarma) Donetsk Xalq Respublikası qüvvələrinin Mariupoldakı İliç Metallurgiya Zavodunun ərazisindəki uğurlu əməliyyatları nəticəsində 36-cı Dəniz Briqadasının 1026 əsgəri  təslim oldu. Əsgərlər arasında 162 zabit və 47 qadın əsgər var”.

Konaşenkov yaralanan 151 ukraynalı əsgərə təcili tibbi yardım göstərildiyini və müalicə üçün Mariupol xəstəxanasına göndərildiyini irәli sürüb.

Konaşenkov hәmçinin gecə radәlәrindә  Ukrayna ordusunun 2 böyük raket və artilleriya anbarının dənizdən və havadan yüksək dəqiqlikli raketlərlə məhv edildiyini bildirib.

“İndiyədək  Ukrayna ordusuna mәxsus 130 təyyarə, 99 helikopter, 244 hava hücumundan müdafiə sistemi, 445 pilotsuz uçuş aparatı, 2 153 tank və zirehli texnika, 241 reaktiv yaylım atəşi sistemi, 924 haubitsa və minaatan, 2 mindәn çox hərbi avtomobil vurulub’’,-deyә İqor Konaşenkov qeyd edib.



Әlaqәli Xәbәrlәr