Filippində “Megi” qasırğası nəticəsində ölənlərin sayı artıb

Filippində “Megi” qasırğası nəticəsində baş verən daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 56-ya yüksəlib.

1811613
Filippində “Megi” qasırğası nəticəsində ölənlərin sayı artıb

Şinhua agentliyinin xəbərinə görə, Leyte əyalətinin Baybay şəhərinin meri Xose Karlos Kari təbii fəlakətdən ən çox zərər çəkmiş bölgənin 10 şəhərində 47 nəfərin öldüyünü açıqlayıb. Kari qeyd edib ki, əyalətdə torpaq altında qalan bir çox ev və iş yerləri yerləyeksan olub. 12 nəfər itkin düşüb. Bölgənin pilotsuz uçuş aparatları ilə təftiş edildiyini vurğulayan Kari, güclü yağış səbəbindən bir müddət dayandırılan axtarış-xilasetmə işlərinə yenidən başlandığını bildirib. Filippin milli fəlakət agentliyinin   məlumatına  görə  ölkənin mərkəzi və cənub bölgələrində 8 nəfər, Samar əyalətində 1 nəfər  həyatını  itirib, 193 nəfər yaralanıb. 28 nəfər itkin düşüb.



Әlaqәli Xәbәrlәr