CAR-da sel 300-ə yaxın can aldı

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa aprelin 13-də yüksək səviyyəli hökumət rəsmiləri ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş bölgələrə gedib

1811897
CAR-da sel 300-ə yaxın can aldı

 

  Cənubi Afrika Respublikasının şərqindəki KvaZulu-Natal (KwaZulu-Natal) əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 253-ə yüksəlib.

  Ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətrafına yağan leysan yağışlar daşqınlara səbəb olub.

  KvaZulu-Natal Dövlət Kooperativ İdarəetmə və Ənənəvi Məsələlər İcraiyyə Şurasının üzvü Sipho Hlomuka, xüsusilə Durban şəhərinə təsir edən daşqın fəlakətində indiyədək 253 nəfərin öldüyünü bildirib.

  Cənubi Afrika Metallurgiya Xidmətinin məlumatına görə, son 24 saat ərzində Durban şəhəri ətrafında hər kvadratmetrə düşən yağıntının miqdarı 300 millimetrə çatıb.

  Durban meri Mxolisi Kaunda bildirib ki, xilasetmə qrupları və yanğınsöndürmə briqadası ərazidə sıxışıb qalan insanları qurtarmaq üçün fasiləsiz çalışır.

  KvaZulu Natal əyalət hökuməti xalqı yüksək yerlərdə sığınacaq axtarmağa çağırıb.

  Bu arada Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa aprelin 13-də yüksək səviyyəli hökumət rəsmiləri ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş bölgələrə gedib və hökumətin daşqınlardan zərər çəkmiş ailələrə yardım edəcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr