Efiopiya "Boeing 737 Max" tipli təyyarələrdən yenidən istifadə etməyə başlayıb

Efiopiya "Boeing 737 Max" tipli təyyarələrin istifadəsini 10 mart 2019-cu ildə 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra dayandırmışdı.

1810894
Efiopiya "Boeing 737 Max" tipli təyyarələrdən yenidən istifadə etməyə başlayıb

TRT-nin ölkə mətbuatına istinad etdiyi xəbərinə görə, Efiopiya Mülki Aviasiya İdarəsi "Boeing 737 Max" tipli təyyarələrin müxtəlif qurumlar tərəfindən yenidən sertifikatlaşdırıldığını və 34 aviaşirkətin dünəndən(11 Aprel) etibarən yenidən istifadə etmək qərarına gəldiyini açıqlayıb.

Xatırladaq ki, 2018-ci ildə İndoneziyada və 2019-cu ildə Efiopiyada Boeing 737 Max 8 qəzaya uğradıqdan sonra bir çox ölkə bu təyyarənin istifadəsini dayandırdı. Qəzalarda həyatını itirənlərdən üzr istəyən Amerika təyyarə istehsalçısı Boeing isə 737 Max tipli təyyarənin Manevr Xüsusiyyətlərini Gücləndirmə Sistemi (MCAS) proqramını yeniləmək məcburiyyətində qaldı.



Әlaqәli Xәbәrlәr