Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevə səfər ediblər

Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-nin xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cızef Borrel Ukraynanın paytaxtı Kiyev vә  Buça şәhәrinә sәfәr etdiklәrini açıqlayıblar.

1809627
Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevə səfər ediblər

Avropa İttifaqı Komissiyasının prezidenti  Ursula fon der Leyen və Aİ-nin xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynanın paytaxtı Kiyev vә  Buça şәhәrinә sәfәr etdiklәrini açıqlayıblar.

Bu barәdә Ursula fon der Leyen rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bildirib. Ukraynanın Buça şәhәrinә sәfәr etdiyini bildirәn Ursula fon der Leyen deyib: ‘‘Ukrayna xalqına mesajım: Vəhşiliyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verəcəklər. Sizin mübarizəniz bizim mübarizəmizdir. Bu gün  sizә Avropanın sizin yanınızda olduğunu söylәmәk üçün Kiyevә sәfәr etmişәm’’.

Aİ Komissiyasının prezidentini müşayiət edən Cozef  Borrel  Ukraynanın Baş naziri Denis Şmiqal ilə Buçaya səfər etdiklərini bildirib.

Aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr