Abdullah əl-Lafi Türkiyә ilә Liviya arasındakı hәrbi әmәkdaşlığı yüksәk qiymәtlәndirib

Liviya Prezident Şurasının sədr müavini Abdullah əl-Lafi Türkiyənin ölkəsi ilə olan hərbi əməkdaşlığını yüksək qiymətləndirib.

1809150

Prezident Şurasından verilən yazılı açıqlamaya görə, Lafi paytaxt Tripolidəki Mitiqa Hərbi Bazasında yerləşən birgә əməliyyat qüvvələrini ziyarət edib.

Türkiyə ilə Liviya arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirən Lafi Liviya zabitlərinin Türkiyə Silahlı Qüvvələrinin (TSQ) təcrübəsindən yararlanmağa önəm verdiklərini bildirib.

Türkiyə ilə Liviya arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edәn Lafi ikitərəfli əməkdaşlığın Tripoli ilə Ankara arasında imzalanan razılaşmalara uyğun olaraq həyata keçirilmәsinin әhәmiyyәtini vurğulayıb.

Türkiyə ilə qanuni Liviya hökuməti arasında 2019-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində imzalanmış “Təhlükəsizlik və Hərbi Əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində TSQ Liviyada әmәkdaşlıq vә tәlimlә bağlı fәaliyyәtlәrini davam etdirir.

Әlaqәli Xәbәrlәr