Avropa Parlamentinin prezidenti Ukraynaya sәfәr edib

Ukraynaya sәfәr edәn Avropa Parlamentinin prezidenti Roberta Metsola bu ölkәyә dәstәk vermәyә davam edәcәklәrini deyib.

1805897
Avropa Parlamentinin prezidenti Ukraynaya sәfәr edib

Ukraynaya sәfәr edәn Avropa Parlamentinin prezidenti Roberta Metsola bu ölkәyә dәstәk vermәyә davam edәcәklәrini deyib.

Rusiya ilә Ukrayna arasında müharibәnin başlamasından sonra Kiyevә sәfәr edәn ilk Aİ rәsmisi olan Metsola Ukrayna Mәclisinin sәdri Ruslan Stefançukla görüşüb.

Metsola Stefançukla keçirdiyi görüşdәn sonra verdiyi bәyanatda bu ifadәlәrә yer verib: ‘‘Bu qeyri-qanuni vә sәbәbsiz müharibә sona çatdıqdan sonra şәhәrlәrinizi inşa etmәnizә yardım edәcәyik''.

Ukraynaya maliyyә, hәrbi vә humanitar yardım etmәyә davam edәcәklәrini ifadә edәn Metsola deyib: ‘‘Ölkəni tərk etmək məcburiyyətində qalan ailələrinizə sağ-salamat evlərinə qayıdana qədər  baxmağa davam edəcəyik”.

Metsola dünən axşam radәlәrindә  rәsmi internet sәhifәsindә qatar qarşısında çəkilmiş fotosunu paylaşaraq Kiyevə səfər edəcəyini açıqlamışdı.

Roberta Metsolanın səfərinin təfərrüatları təhlükəsizlik sәbәbindәn açıqlanmamışdı.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr