Volodimir Zelenski Türkiyeyә tәşәkkür edib

Ukrayna prezidenti Volodimir Zelenski ölkәsinin tәhlükәsizliyinin qarantı olmağa hazır olduğuna görә Türkiyәyә tәşәkkür edib.

1805349
Volodimir Zelenski Türkiyeyә tәşәkkür edib

 

Ukrayna prezidenti Volodimir Zelenski ölkәsinin tәhlükәsizliyinin qarantı olmağa hazır olduğuna görә Türkiyәyә tәşәkkür edib.

Bu barәdә Volodimir Zelenski şәxsi Teleqram sәhifәsindә paylaşım edib.

Müharibәnin davam etdiyini bildirәn Volodimir Zelenski deyib: ‘‘Biz düşmənin düşündüyündən qat-qat artıq dözdük. Onlar elə bilirdilər ki, müharibə cəmi 3-5 gün davam edəcək və bu, ölkəmizi almağa kifayәt edәcәk. Amma biz dözürük və döyüşməyə də davam edəcəyik".

Türkiye prezidenti Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxladıqlarını vә Rusiya ilә Ukrayna nümayәndә heyәtlәrinin İstanbulda keçirdiyi görüşü müzakirә etdiklәrini ifadә edәn Volodimir Zelenski deyib: ‘‘Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduğuna görə Türkiyəyə minnətdarıq”.



Әlaqәli Xәbәrlәr