İrina Vereşuk: ‘‘Mariupolda 100 min dinc sakin təxliyə olunmağı gözlәyir’’

Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərində 100 min dinc sakinin təcili təxliyə olunmağı gözlədiyi bildirilib.

1805312
İrina Vereşuk: ‘‘Mariupolda 100 min dinc sakin təxliyə olunmağı gözlәyir’’

Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərində 100 min dinc sakinin təcili təxliyə olunmağı gözlədiyi bildirilib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk onlayn qaydada keçirdiyi brifinqdə indiyədək Mariupoldan təxminən 75 min mülki vətəndaşı tәxliyә etdiklәrini bildirib.

"Hazırda  100 min dinc sakin təcili təxliyə olunmağı gözləyir. Bunlar qadınlar, uşaqlar, qocalar və əlillərdir",-deyә Ukrayna Baş nazirinin müavini qeyd edib.

Mariupol meri Vadim Boyçenko şəhərin Rusiya ordusu tərəfindən mühasirəyə alınmasından sonra 5 min insanın həyatını itirdiyini açıqlamışdı.

Rusiya tərəfi daha әvvәl dә dinc sakinlərin təhlükəsiz təxliyəsi ilə bağlı vədlər vermişdi, lakin təxliyələrin qarşısı yenә  Rusiya ordusu tәrәfindәn alınmışdı.

Xatırladaq ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr