Entoni Blinken Rusiyaya çağırış edib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Rusiyaya Ukraynadakı müharibәni dayandırması vә hәrbçilәrini bu ölkәdәn çıxarması ilә әlaqәdar çağırış edib.

1803981
Entoni Blinken Rusiyaya çağırış edib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Rusiyaya Ukraynadakı müharibәni dayandırması vә hәrbçilәrini bu ölkәdәn çıxarması ilә әlaqәdar çağırış edib.

Mәrakeşә rәsmi sәfәr edәn Entoni Blinken hәmkarı Naseer Burita ilә birgә mәtbuat konfransı tәşkil edib.

"Rusiyanın hücumu ukraynalı uşaqların yarısını didərgin saldı. İndi onlar bu hücumu dərhal dayandırmalı, qoşunlarını geri çəkməli və danışıqlara başlamalıdırlar".

Entoni Blinken qeyd edib ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur.

"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq",-deyә Entoni Blinken vurğulayıb.

ABŞ Dövlət katibi Moskvanı dünyada bir çox məhsulların tədarükünün dayandırılmasının arxasında durmaqda ittiham edib.

Xatırladaq ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr