Yəmənlilərə dəstək üçün 765 milyon dollara ehtiyac var

Yəməndə ehtiyacı olan insanlara dəstək vermək üçün 765 milyon dollara ehtiyac olduğu açıqlanıb.

1803272
Yəmənlilərə dəstək üçün 765 milyon dollara ehtiyac var

Yəməndə ehtiyacı olan insanlara dəstək vermək üçün 765 milyon dollara ehtiyac olduğu açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) sosial media hesabından edilən paylaşımda Yəməndə 13 milyon insanın humanitar yardımlarla həyatda qaldığını bildirilib.

Paylaşımda Yəməndəki yardım səylərinin mövcud vəziyyətinin davam etdirilməsi üçün qarşıdakı 6 ayda ehtiyacı olanların dəstəklənməsi üçün 765 milyon dollar maliyyə ayrılmasının vacibliyi vurğulanıb.

BMT Yəmənə 2022 humanitar yardım layihələri üçün 36 donordan 1,3 milyard dollar ianə vəd etdiyini açıqlasa da, layihələr üçün 4,27 milyard dollara ehtiyac olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr