NATO-nun Norveçdə keçirdiyi təlimləri davam edir

NATO Rusiyanın qonşusu Norveçdə soyuq hava şəraitində quru, hava və dəniz təlimlərindən ibarət son 30 ilin ən böyüyü olan əməliyyatını davam etdirir.

1802766
NATO-nun Norveçdə keçirdiyi təlimləri davam edir

NATO Rusiyanın qonşusu Norveçdə soyuq hava şəraitində quru, hava və dəniz təlimlərindən ibarət son 30 ilin ən böyüyü olan əməliyyatını davam etdirir.

NATO, üzvlərindən biri olan Norveçdə martın 14-də başlayan irimiqyaslı təlimlər keçirir.

NATO-nun təlimi açıqlayan yazılı bəyanatında "Cold Response" adlanan əməliyyatının 8 ay əvvəldən planlaşdırıldığı və müntəzəm təlim olduğu, Rusiyanın Ukrayna hücumları ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Bununla belə, əməliyyatın Rusiya ilə həmsərhəd olan Norveçdə və NATO üzvü olmayan Finlandiyanın da iştirakçılar arasında olması və Arktikada son 30 ilin ən böyük təlimi olduğu üçün diqqət çəkir.

İyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitində İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qiymətləndiriləcəyi bildirilir. Belə olan halda Rusiyanın şimal cinahında, 1300 kilometrlik sərhəddə yeni NATO üzvü olacaq.

27 ölkədən 30 min əsgər, 220 döyüş təyyarəsi və ikisi təyyarə gəmisi olmaqla 50 gəminin qatıldığı “Cold Response” təliminin aprelin 1-də tamamlanması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr