Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Jitomir və Mikolayev vilayətlərindəki hərbi məntəqələri “Kalibr” və “Oniks” yüksək dəqiqlikli raketlərlə vurduqlarını açıqlayıb.

1802302
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Jitomir və Nikolayev vilayətlərindəki hərbi məntəqələri “Kalibr” və “Oniks” yüksək dəqiqlikli raketlərlə vurduqlarını açıqlayıb.

Konaşenkov açıqlamasında dünən dənizdən atılan yüksək dəqiqliyə malik “Kalibr” qanadlı raketi ilə Jitomir bölgəsindəki Velikiye Korovnitsi qəsəbəsində Ukrayna ordusunun arsenalını məhv etdiklərini bildirib.

İqor Konaşenkov  Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını vurduğunu deyib.

Konaşenkov bildirib ki, indiyədək Ukrayna ordusuna aid 267 pilotsuz uçuş aparatı, 207 hava hücumundan müdafiə sistemi, 1618 tank və zirehli texnika, 166 reaktiv yaylım atəşi sistemi, 662 haubitsa və minaatan vә 1453hәrbi maşını məhv edilib.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr