Somalidә törәdilәn terror aktı nәticәsindә hәlak olanların sayı 48 nәfәrә çatıb
Bu barәdә yerli polis mәlumat verib.
Terror tәşkilatı Es-Şәbabın martın 23-dә Somalinin Beledveyne bölgәsindә törәtdiyi bombalı hücum nәticәsindә hәyatını itirәnlәrin sayı 48 nәfәrә yüksәlib.
Bu barәdә yerli polis mәlumat verib. Hadisә nәticәsindә 108 nәfәrin dә yaralandığı vurğulanıb.
Hәyatını itirәnlәr arasında Amine Mәhәmmәd Abdi adlı bir qadın millәt vәkilinin dә olduğu bildirilib. Hücumun parlament seçkilәrindәn әvvәl törәdildiyi vurğulanıb.
Qeyd edәk ki, prezident Mәhәmmәd Abdullah Fermaju vә Baş nazir Mәhәmmәd Hüseyn Roble hücumu qınamışdılar.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb