NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti keçirilir

NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında NATO ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammiti öz işinə başlayıb.

1801292
NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti keçirilir

NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında NATO ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammiti öz işinə başlayıb.

Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi toplantıda 30 müttəfiq ölkənin lideri iştirak edir.

Görüşdən əvvəl ailə fotoşəkili çəkdirən liderlərin gündəmində Rusiyanın Ukraynaya hücumundan sonra baş verənlər var.

NATO-nun Fövqəladə Liderlər Zirvə Toplantısının açılış nitqi ilə çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, bugünkü iclasda müttəfiqlərin Ukraynaya dəstəyini müzakirə edəcəklər, həmçinin NATO-nun indi və gələcək illərdə müdafiəsini gücləndirmək səylərinə toxunacaqlar. 
Stoltenberq “Hazırda quruda, dənizdə və havada daha çox iş görürük. Bu, Avropada yeni təhlükəsizlik reallığına cavab vermək üçün vacibdir" deyib.

NATO-nun Şərqi Avropada uzunmüddətli mövqeyinin qiymətləndiriləcəyi sammit çərçivəsində dövlət və hökumət başçıları dünən axşam saatlarından etibarən Brüsseldə ikitərəfli görüşlərə başlayıb. Görüş başa çatdıqdan sonra bəzi liderlərin ikitərəfli görüşlərini NATO-nun mənzil-qərargahında davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, iclasdan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.



Әlaqәli Xәbәrlәr