Ceyk Sullivan gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Amerika Birlәşmiş Ştatları prezidentinin milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Ceyk Sullivan Çinin Ukraynadakı müharibә mәsәlәsindә Rusiyaya hәrbi dәstәk verdiyinә dair dәlil olmadığını söylәyib.

1801345

Jurnalistlәrin Ukrayna ilә bağlı suallarını cavablandıran Ceyk Sullivan Çinlә bağlı son vәziyyәti qiymәtlәndirib.

Ceyk Sullivan deyib: ‘‘Çinin Ukraynadakı müharibә mәsәlәsindә Rusiyaya hәrbi dәstәk verdiyinә dair dәlil yoxdur. Ancaq bu mәsәlәni yaxından tәqib edirik’’.

Rәsmi Pekinin Rusiyaya mümkün hərbi dəstəyinin hansı nəticələr doğuracağı ilә  bağlı açıq mesajlarını Çin səlahiyyətlilərinə çatdırdıqlarını qeyd edən Ceyk Sullivan bu məsələdə avropalı müttəfiqlərlə eyni mövqedə olduqlarını vurğulayıb.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr