Nigeriyada silahlı hücum: 34 nəfər həyatını itirib

Nigeriyanın Kaduna əyalətində baş verən silahlı hücumda 34 nəfər həyatını itirib.

1800475
Nigeriyada silahlı hücum: 34 nəfər həyatını itirib

Nigeriyanın Kaduna əyalətində baş verən silahlı hücumda 34 nəfər həyatını itirib.

Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan verdiyi yazılı açıqlamada martın 20-də vilayətin Kaura bölgəsində silahlı şəxslərin hücum təşkil etdiyini bildirib.

Hücumdan sonra bölgədəki təhlükəsizlik qüvvələrinin axtarış işlərinə başladığını bildirən Aruvan "Təəssüf ki, indiyədək 2-si əsgər olmaqla 34 cəsəd tapılıb”. deyib.

Aruvan hücumda 200 evin, 32 mağazanın, 3 avtomobilin və 17 motosikletin yandırıldığı məlumatını da paylaşıb.

Əyalətdə artan zorakılıq səbəbindən Jema və Kaura rayonlarında komendant saatı elan edilib.

Bölgə zaman-zaman heyvandarlıqla məşğul olan Fulanilər tayfası ilə əkinçiliklə dolanışığını təmin edən bəzi qəbilələr arasında şiddətli qarşıdurmalara səhnə olur.

Xatırladaq ki, martın 17-də Kaduna əyalətində silahlı şəxslərin hücumu nəticəsində 2 nəfər ölüb, 46 nəfər qaçırılıb.



Әlaqәli Xәbәrlәr