Avropa İttifaqı Şurasının Putinə çağırışı

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Rusiya prezidenti Vladimir Putini müharibəni dərhal dayandırmağa çağırdığını açıqlayıb.

1796144
Avropa İttifaqı Şurasının Putinə çağırışı

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Rusiya prezidenti Vladimir Putini müharibəni dərhal dayandırmağa çağırdığını açıqlayıb.

Çarlz Mişel “Twitter” sosial şəbəkə hesabından etdiyi paylaşımda Putinlə görüşdüyünü və Rusiyanın Ukraynaya qarşı "qardaşca qətl" müharibəsini təcili dayandırmasının vacibliyini vurğulayıb.

Ukraynada dərhal atəşkəs və Rusiya ordusunun geri çəkilməsinə çağırış etdiyini bildirən Mişel Putin ilə Ukrayna və Rusiya arasında davam edən danışıqları müzakirə etdiklərini ifadə edib. 

"Rusiya qüvvələri tərəfindən ukraynalı dinc sakinlərin ayrı-seçkilik olmadan atəşə tutulması dayandırılmalıdır. Rusiya təcili olaraq humanitar yardımın və təhlükəsiz keçidi təmin etməlidir"-deyə Mişel qeyd edib.
Xatırladaq ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr