BMT: ‘‘Ukraynadan qonşu ölkələrə təxminən 2 milyon 316 min qaçqın köçüb’’

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn 2 milyon 316 min Ukraynalı qonşu ölkәlәrә köçüb.

1793326
BMT: ‘‘Ukraynadan qonşu ölkələrə təxminən 2 milyon 316 min qaçqın köçüb’’

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn 2 milyon 316 min Ukraynalı qonşu ölkәlәrә köçüb.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı bәyanat yayıb. Bәyanatda  Ukraynadakı qaçqın böhranına dair müxtәlif mәnbәlәrdәn әldә edilәn mәlumatlara yer verilib.

Bәyanatda 24 fevral-8 mart tarixlәri arasında başda Polşa olmaqla 2 milyon 316 min ukraynalının qonşu ölkәlәrә köçdüyü bildirilib.

Qaçqınların 1 milyın 412 min 503-ü Polşaya, 214 min 160-ı Macarıstana, 165 min 199-u Slovakiyaya, 97 min 98-i Rusiyaya, 84 min 671-i Rumıniyaya, 82 min 762-si Moldovaya, 765-i Belarusa, 258 min 844-ü isә digәr Avropa ölkәlәrinә köçüb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı  qeyd edib ki, Ukraynada vәziyyәt daha da gәrginlәşәrsә 4 milyonadәk mülki vәtәndaş ölkәni tәrk edә bilәr.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr