Yaponiya hökuməti Ukraynaya yardım ləvazimatları göndərib

Yaponiya Ukraynaya müdafiə və yardım ləvazimatları, o cümlədən gülləkeçirməz jiletlər və dəbilqələr göndərib.

1792357
Yaponiya hökuməti Ukraynaya yardım ləvazimatları göndərib

KİV: “Yardım ləvazimatları Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus KC-767 tipli nəqliyyat təyyarəsi ilə göndərilib”.

Dünən axşam saatlarında Yaponiyanın Aiçi əyalətindəki Komaki Hava Bazasından Ukraynanın sərhəd qonşusu Polşaya yola düşən təyyarə ilə göndərilən yardımın qış paltarları, təcili yardım ləvazimatları və qidadan ibarət olduğu bildirilib.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi Ukraynaya maliyyə dəstəyin hazırlıqlar tamamlandıqdan sonra davam etdiriləcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr