Vladimir Putin: “Ruslar və ukraynalılar bir xalqdır”

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı rus əsgərlərinin mülki vәtәndaşlara hücum etmədiyini bildirib.

1789464
Vladimir Putin: “Ruslar və ukraynalılar bir xalqdır”

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı rus əsgərlərinin mülki vәtәndaşlara hücum etmədiyini bildirib.

Vladimir Putin Rusiya ilә Ukrayna arasındakı müharibә ilә bağlı bәyanatlar verib.

Rusların  və ukraynalıların bir xalq olduğunu vurğulayan Putin deyib: "Rusiya əsgərləri əsl qəhrəman kimi hərəkət edirlər. Bizim əsgərlər heç vaxt dinç әhaliyә  hücum etmirlər".

Dəhlizlərin Ukrayna millətçiləri tərəfindən bağlandığını bildirən Putin qeyd edib ki, Ukrayna qüvvələri mülki şəxslərdən qalxan kimi istifadə edir. Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə uyğun olaraq gedir.

Rusiya lideri həyatını itirən hərbçilərin ailələrinə təzminat ödəniləcəyinə dair söz verib və yaralanan bütün rus əsgərlərinin də təzminat alacağını bildirib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr