BMT: Ukraynadan qonşu ölkələrə təxminən 1 milyon 209 min 976 qaçqın köçüb

Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynadan qonşu ölkələrə təxminən 1 milyon 209 min 976 qaçqın köçüb.

1789911
BMT: Ukraynadan qonşu ölkələrə təxminən 1 milyon 209 min 976 qaçqın köçüb

Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynadan qonşu ölkələrə təxminən 1 milyon 209 min 976 qaçqın köçüb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) açıqlamasında Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-3 mart tarixləri arasında yarısından çoxu Polşaya gedən 1 milyon 209 min 976 qaçqının Ukraynadan qonşu ölkələrə keçdiyi bildirilib.

Açıqlamada Polşaya 649 min 903, Macarıstana 144 min 738, Moldovaya 103 min 254, Slovakiyaya 90 min 329, Rumıniyaya 57 min 192, Rusiyaya 53 min 300, Belarusa 384 və digər Avropa ölkələrinə isə 110 min 876 qaçqının sərhədi keçdiyi bildirilib.  Bu rəqəmlərə əlavə olaraq 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən 96 min insanın Rusiyaya keçdiyi qeyd edilib.

Xəbərdarlıq edilib ki, Ukraynada vəziyyət daha da gərginləşərsə, 4 milyona qədər mülki şəxs ölkəni tərk edə bilər.

Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr