Vladimir Putin Naftali Bennet vә Narendra Modi ilә telefon әlaqәsi saxlayıb

Rusiya prezidenti Vladimir Putin İsrail Baş naziri Naftali Bennet ilә  telefon әlaqәsi saxlayıb.

1789061
Vladimir Putin Naftali Bennet vә Narendra Modi ilә telefon әlaqәsi saxlayıb

 

Rusiya prezidenti Vladimir Putin İsrail Baş naziri Naftali Bennet ilә  telefon әlaqәsi saxlayıb.

Kramlin mәtbuat xidmәtindәn verilәn mәlumata görә, telefon danışığında Rusiyanın Donbası qorumaq üçün keçirdiyi xüsusi әmәliyyat müzakirә olunub.

Putinin söhbәt zamanı Rusiyanın təhlükəsizliklә bağlı maraqlarının qeyd-şərtsiz nəzərə alınması, Ukrayna dövlətinin militarizm və nasizmdən təmizlənməsi, Ukraynanın neytral və qeyri-nüvə statusunun tәmin edilmәsi, Rusiyanın Krım üzərində suverenliyinin tanınması və qondarma Donetsk vә Luqansk xalq respublikalarının müstәqilliyinin tanınması mәsәlәsindәki mövqeyini ifadә edib.

Qeyd edәk ki, Vladimir Putin Hindistan Baş naziri Narendra Modi ilә dә telefon әlaqәsi saxlayıb. Tәrәflәr Ukraynadakı Hindistan vәtәndaşlarının ölkәdәn tәxliyә edilmәsi mәsәlәsini müzakirә ediblәr.

Putin söhbәt zamanı qeyd edib ki, lazımi göstәrişlәr verilib.Rusiya ordusu Hindistan vәtәndaşlarının bölgәdәn tәhlükәsiz şәkildә çıxarılması üçün hәr şey edir.

 

 



Әlaqәli Xәbәrlәr