Ukrayna prezidenti növbәti dәfә xalqa müraciәt edib

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

1788921
Ukrayna prezidenti növbәti dәfә xalqa müraciәt edib

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

Vladimir Zelenski bir hәftәdә Rusiyanın planlarını pozduqlarını vurğulayıb. ‘‘İllәrdir qurduqları planları pozduq. İşğalçılar evlәrinә doğru qaçırlar’’,-deyә Ukrayna prezidenti qeyd edib.

Ukraynalıların işğalçıları şәhәrlәrdәn qovduğunu vurğulayan Vladimir Zelenski deyib: ‘‘Ukraynalılara heyranam.Biz onları qovacağıq’’.

Hәr bir işğalçının ukraynalılardan sәrt cavab alacağını qeyd edәn Zelenski bildirib ki, onlar əbədi yadda saxlayacaqlar ki, biz özümüzünküdən əl çəkmirik.

"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski vurğulayıb.

Zelenski hər gün tәrәfdaşlardan və həqiqi dostlarından silah aldıqlarını və onlara hər gün daha güclü silahlar verildiyini də bildirib.

Zelenski deyib: "16 min əcnəbi könüllü döyüşçü Ukraynaya kömək üçün gəlir. Onlar azadlığımızı və həyatımızı qorumaq üçün gəlirlər" dedi.

Vladimir Zelenski fevralın 27-də bütün dünya vətəndaşlarını və Ukraynanın dostlarını ölkəsini və Avropanı Rusiya təcavüzündən müdafiə etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr