Polis bu ölkədə yarım tondan çox narkotik maddə müsadirə edib

Yeni Zelandiyada yarım tondan çox narkotik maddə müsadirə edilib, 6 nəfər saxlanılıb.

1788328
Polis bu ölkədə yarım tondan çox narkotik maddə müsadirə edib

TRT-nin ölkə rəsmilərinin açıqlamasına istinad etdiyi xəbərə görə həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində Oklend hava limanında 613 kiloqram narkotikin daşınması dayandırılıb. Bildirilir ki, Oklenddən narkotik maddə idxal və tədarük etmək başda olmaqla çirkli pulların yuyulması ittihamı ilə 6 nəfər saxlanılıb. 245 milyon Yeni Zelandiya dolları (166 milyon dollar) dəyərində olan Narkotik ilə əlaqəli saxlanan şəxslərdən bəzilərinin Avstraliyada yerləşən bir bandın üzvü olduqları bildirilir. Polis rəsmilərinə görə davam edən istintaq çərçivəsində saxlanılanların sayı arta bilər.



Әlaqәli Xәbәrlәr