Aİ ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın "Russia Today" (RT) və "Sputnik" telekanallarının Aİ daxilində yayımını qadağan edən qərarını qüvvəyə mindirib.

1788605
Aİ ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın "Russia Today" (RT) və "Sputnik" telekanallarının Aİ daxilində yayımını qadağan edən qərarını qüvvəyə mindirib.

Avropa Şurası “Rusiyanın Ukraynaya hücumu və Aİ əleyhinə dezinformasiya ilə məlumatların manipulyasiyası” bitənə qədər ingilis, alman, fransız və ispan dilləri də daxil olmaqla, rus KİV-lərinin yayımının qadağan ediləcəyini açıqlayıb.

Qadağa qərarı Aİ-nin rəsmi jurnalında da dərc olunub. Qərarda bu təşkilatların kabel, peyk, İPTV, internet xidmət provayderləri, internet video paylaşma platformaları və tətbiqləri də daxil olmaqla hər cür mediada qadağan edildiyi bildirilib.

Şuranın bəyanatında bildirilir ki, “Rusiya sistemli beynəlxalq dezinformasiya kampaniyası aparır, qonşu ölkələrlə bağlı faktları təhrif edir və bu ölkələrdə qeyri-sabitlik yaratmağa çalışır”.

Rusiyanın dezinformasiya və manipulyasiya səyləri çərçivəsində xüsusilə seçki dövrlərində Avropadakı siyasi partiyaları, vətəndaş cəmiyyətini, etnik azlıqları, qaçqınları və demokratik qurumları hədəfə aldığı bildirilib.

“Avropa İttifaqı ölkələrində Rusiyanın nəzarətində olan media qurumlarının fəaliyyəti dayandırılır”.

Bunu isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel tviter səhifəsində yazıb.

“Kreml sistemli dezinformasiyadan Ukraynaya müdaxiləsi üçün alət kimi istifadə edir. Odur ki, bu manipulyasiyanın qarşısını almaqdan ötrü biz Avropa İttifaqı dövlətlərində “Sputnik” və “Russia Today”ın fəaliyyətini dayandırırıq”, - o bildirib.

Josep Borrel həmçinin bəyan edib ki, qadağan olunmuş Rusiya KİV-lərinin yayımı təhlükəsizlik və ictimai asayiş üçün birbaşa təhdiddir.

Daha əvvəl RT-nin redaksiya rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiklərini xatırladan Borrell qeyd edib ki, Rusiya dövlətinin nəzarətində olan mətbuat təşkilatlarının fəaliyyətini hədəfə almaq Aİ üçün zəruridir.



Әlaqәli Xәbәrlәr