Ukrayna Rusiyanın itirdiyi hәrbçilәrinin sayını açıqlayıb

Ukrayna Rusiya qüvvәlәrinә mәxsus 536 zirәhli maşın, 8 helikopter, 14 tәyyarә vә 102 tankı mәhv etdiyini bildirib.

1785910
Ukrayna Rusiyanın itirdiyi hәrbçilәrinin sayını açıqlayıb

Ukrayna Rusiya qüvvәlәrinә mәxsus 536 zirәhli maşın, 8 helikopter, 14 tәyyarә vә 102 tankı mәhv etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda hәmçinin Rusiya ordusunun 3 500-dәn çox itki verdiyi bildirilib. Mәlumatda qeyd olunub ki, Rusiya qüvvәlәri Ukraynaya qarşı hücumlarını davam etdirir.

Prezident Aparatının rәhbәrinin müavini Mixail Podolyak ölkәsindәki vәziyyәtlә bağlı verdiyi bәyanatda Xerson, Mikolayev, Odessa vә Mariopol şәhәrlәrindә qarşıdurmaların davam etdiyini deyib.

Ukrayna Silahlı Qüvvәlәri ilә polisin ölkәdәki vәziyyәti nәzarәt altında saxladığını bildirәn Podolyak paytaxt Kiyev vә Kiyev bölgәsindәki vәziyyәtin dә nәzarәt altında olduğunu vurğulayıb. Podolyak hәmçinin 200-dәk rus hәrbçisini әsir götürdüklәrini deyib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr