İsrail: İran İnqilab Keşikçiləri Korpusunun terror siyahısından çıxarılmasını tələb edib

İsrailin Baş naziri Naftali Bennet deyib ki, İran Vyanada davam edən nüvə danışıqları zamanı İnqilab Keşikçiləri Korpusunun terrorçular siyahısından çıxarılmasını tələb edib.

1781846
İsrail: İran İnqilab Keşikçiləri Korpusunun terror siyahısından çıxarılmasını tələb edib

İsrailin Baş naziri Naftali Bennet deyib ki, İran Vyanada davam edən nüvə danışıqları zamanı İnqilab Keşikçiləri Korpusunun terrorçular siyahısından çıxarılmasını tələb edib.
Bennett Qüdsdə keçirilən və ABŞ-ın aparıcı yəhudi təşkilatlarının nümayəndələrinin iştirak etdiyi “Prezidentlər Konfransı”ndakı çıxışında Avstriyanın paytaxtı Vyanada İranla aparılan nüvə danışıqlarına toxunub.

İranla beynəlxalq güclər arasında nüvə müzakirələrinin tezliklə razılaşmaya çevriləcəyini bildirən Bennet "Bu razılaşma, görünür, daha çox şiddətin olacağı daha təhlükəli bir Orta Şərq yaradacaq. Şübhə yoxdur ki, ABŞ bizim ən böyük və ən güclü dostumuzdur. Amma bu razılaşmanın nəticələrini bölgədə və İsraildə yaşayan bizlər çəkəcəyik” deyib.

İranın "bütün bu qazanclara baxmayaraq yeni tələbi" olduğunu qeyd edən Bennet "İnqilab Keşikçiləri Ordusunun terrorçular siyahısından çıxarılmasını tələb edirlər. Bunun nə demək olduğunu sizə izah edim: İran dünyanın ən böyük terror təşkilatının çəngəlin ucundan xilas olmasını istəyir" ifadələrdən istifadə edib.

İranla razılaşmanın İsrailin təhlükəsizliyi üçün yeni problemlər yaradacağını müdafiə edən Bennet "İsrail İranın nüvə gücünün astanasında bir dövlət olmasına icazə verməyəcək" deyib.

İranın uranın zənginləşdirilməsi potensialının inkişafında böyük irəliləyiş əldə etdiyinə işarə edən İsrailin baş naziri razılaşmanın sonunda sanksiyaların qaldırılması ilə İranın "on milyardlarla dollar" qazanacağını bildirib.



Әlaqәli Xәbәrlәr