Bayden və Putin arasında görüş keçiriləcək

Fransa Prezidentliyi ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sammit təklifini qəbul etdiklərini açıqlayıb.

1781837
Bayden və Putin arasında görüş keçiriləcək

Fransa Prezidentliyi ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sammit təklifini qəbul etdiklərini açıqlayıb.
ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı sammit təklifini qəbul ediblər.

Sammitin məzmununu və tarixini Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken müəyyən edəcək.

Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməzsə baş tuta bilər.
ABŞ-ın Ukraynaya qarşı işğalın qarşısını almaq üçün bütün diplomatik proseslərdən istifadə edəcəyini vurğulayan Ağ Evin sözçüsü Cen Psaki xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken və rusiyalı həmkarı Sergey Lavrovun bu həftə Avropada görüşü planlaşdırılıb.
Ağ Evin sözçüsü Psaki, “Prezident Bayden Rusiya prezidenti Putinlə heç bir işğal olmadığı halda görüşməyə prinsipial razılıq verdi” deyib və əlavə edib ki, Rusiya işğala doğru addım atarsa, sürətli və ağır sanksiyalar tətbiq ediləcək.

Psaki bunu da deyib ki, Moskva hərtərəfli hücuma hazırlıqlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr