ABŞ prezidentilə Makron arasında telefon danışığı olub

Fevralın 20-də Putin və Makron arasında telefon danışığı olub.

1781857
ABŞ prezidentilə Makron arasında telefon danışığı olub

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron qərara gəliblər ki, "Normand formatı"nda iştirak edən ölkələr Ukraynanın şərqindəki gərginliyi azaltmaq üçün diplomatik yollarla həll yolu axtarışlarını gücləndirsinlər.

Fevralın 20-də Putin və Makron arasında telefon danışığı olub.

Kremldən yayılan bəyanatda Putin və Makronun Ukrayna ətrafındakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi apardıqları və Rusiyanın təhlükəsizlik zəmanətlərini dəyərləndirdikləri bildirilib. 

Bəyanatda qeyd olunub ki, görüşdə Donbasda qoşunların təmas xəttində vəziyyətin qəfil pisləşməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Putin qeyd edib ki, gərginliyin artmasına səbəb Ukrayna təhlükəsizlik qüvvələrinin təxribatı olub.

Bəyanatda bildirilib ki, Kiyev administrasiyası qondarma danışıqlar prosesini davam etdirir, lakin Minsk razılaşmaları və Normandiya formatında əldə edilmiş razılaşmaları həyata keçirməkdən israrla imtina edir. Mövcud vəziyyətin ciddiliyini nəzərə alan dövlət başçıları bəyan ediblər ki, "Normand formatı"nda iştirak edən ölkələrin liderləri, xarici işlər nazirləri və siyasi müşavirləri səviyyəsində diplomatik kanallar vasitəsilə problemin həlli üçün axtarışların intensivləşdirilməsi məqsədəuyğundur. Bu təmaslar atəşkəsin bərpasına və Donbas ətrafında münaqişənin həllinin irəliləməsinə kömək etmək üçün nəzərdə tutulub.

Yelisey Sarayının bu barədə yaydığı bəyanada görə isə, Makron və Putin Normandiya formatı çərçivəsində işlərə yenidən başlamaq və Ukraynanın son günlərdə verdiyi təkliflər üzərində işləmək barədə razılığa gəliblər.

Almaniya, Fransa, Rusiya və Ukraynanın görüşünün təşkili üçün fəaliyyət aparılmasının vacibliyini ifadə edən Makron və Putin Ukraynanın şərqində atəşkəs üçün çalışmaq barədə razılığa gəliblər.

Makron və Putin həmçinin gərginliyin və risklərin azaldılması ilə sülhün bərqərar olması üçün bütün lazımi addımların atılmasının vacibliyini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr