Rusiya vә Belarus prezidentlәri tәşkil edilәn birgә mәtbuat konfransında çıxış ediblәr

Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara hazır olduqlarını bəyan edib.

1781281
Rusiya vә Belarus prezidentlәri tәşkil edilәn birgә mәtbuat konfransında çıxış ediblәr

 

Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara hazır olduqlarını bəyan edib.

Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə keçirdiyi görüşdən sonra Kremldә tәşkil edilәn birgə mətbuat konfransında çıxış edib.

ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri  mәsәlәsindә  Moskvanın ən mühüm tələblərinә ciddi yanaşmadığını bildirən Putin bu tələblərlə  yanaşı Avropanın təhlükəsizliyi, qısa və orta mənzilli raketlər, hərbi şəffaflıq kimi məsələlərin müzakirəsinə qarşı olmadıqlarını bildirib.

Putin deyib: “Biz Rusiyanın tәkliflәri çәrçivәsindә bütün məsələləri kompleks şəkildə müzakirә etmәyә hazırıq’’.

Vladimir Putin vurğulayıb ki, Normandiya formatı çәrçivәsindә göstәrilәn bütün sәylәrә vә mәslәhәtlәşmәlәrә baxmayaraq hәll prosesindә irәlilәyiş әldә olunmayıb.

“Rәsmi Kiyev Minsk razılaşmalarını yerinə yetirmir və xüsusilә  Donetsk və Luqansk ilə birbaşa dialoqdan imtina edir’’,-deyә Rusiya prezidenti qeyd edib.

Belarus prezidenti isә öz növbәsindә deyib ki, heçkim müharibәnin vә qarşıdurmanın böyümәsini istәmir. Bu rusiyalılara vә belarusiyalılara lazım deyil.Bu qonşumuz Ukraynadan asılı olan bir şeydir. Bu sәrhәdlәrimizdә artan gәrginliklә bağlıdır.



Әlaqәli Xәbәrlәr