Entoni Blinken: ‘‘Rusiya Ukrayna sәrhәdinә әlavә qüvvә göndәrib’’

Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken Almaniyada tәşkil edilәn 58-ci Beynәlxalq Münxen Tәhlükәsizlik Konfransında iştirak edib.

1781284

Konfransda çıxış edәn Entoni Blinken Rusiya ilә Ukrayna arasındakı gәrginliyi qiymәtlәndirib. O, Rusiya qoşunlarının Ukrayna sәrhәdindәn geri çәkildiyinә dair heç bir әlamәtin olmadığını qeyd edib.Entoni Blinken Rusiyanın Ukrayna sәrhәdindәn qoşunlarının bir hissәsini çıxardığı ilә bağlı verdiyi bәyanatın әksinә rәsmi Moskvanın sәrhәdә әlavә qüvvәlәr göndәrdiyini söylәyib.

Entoni Blinken deyib: ‘‘Amerika Birlәşmiş Ştatları Rusiyanın Ukrayna sәrhәdinә әlavә qüvvә göndәrdiyini müşahidә edir’’.

Qərbin Rusiyaya qarşı ən böyük güc mənbəyinin “həmrəylik” olduğunu vurğulayan Blinken  Rusiya prezidenti Vladimir Putinin NATO və Avropa İttifaqının  Ukrayna böhranında Rusiyaya qarşı birgə reaksiyasına bir qədər təəccübləndiyini söyləyib.

Әlaqәli Xәbәrlәr