Lavrov Blinkenin görüş tələbini qəbul edib

Ned Prays dövlət katibi  Entoni Blinkenin görüş tələbinə rusiyalı həmkarı Sergey Lavrovdan müsbət cavab aldığını və ikisinin gələn həftənin sonunda Avropada görüşəcəyini açıqlayıb.

1780802
Lavrov Blinkenin görüş tələbini qəbul edib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dövlət katibi  Entoni Blinkenin görüş tələbinə rusiyalı həmkarı Sergey Lavrovdan müsbət cavab aldığını və ikisinin gələn həftənin sonunda Avropada görüşəcəyini açıqlayıb.

Mövzu ilə bağlı "Twitter" hesabından paylaşım edən Prays deyib:

“E. Blinken gün ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı çıxışında xarici işlər naziri Lavrovla gələn həftə Avropada görüşməyi təklif etdiyini bildirdi, çünki bu böhranı həll etməyin yeganə məsuliyyətli yolunun diplomatiya və dialoq olduğuna inanırıq.

Ruslar gələn həftənin sonuna qədər danışıqlar aparmaq təklifinə cavab verdilər. Biz Rusiyanın Ukraynanı işğal etməyəcəyi şərti ilə razılaşdıq. Əgər yaxın günlərdə (Ukrayna) işğal etsələr, məlum olacaq ki, onlar heç vaxt diplomatiyaya ciddi yanaşmayıblar”.

Sözçü bəyan edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə koordinasiyanı davam etdirəcək və NATO-Rusiya Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi platformalar vasitəsilə Rusiyaya öhdəliklərinə əməl etməsi  üçün təzyiq göstərəcək.



Әlaqәli Xәbәrlәr