Avropa İttifaqı vә Afrika Birliyinә üzv dövlәtlәrin sammiti öz işinә başlayıb

Avropa İttifaqı və Afrika Birliyinə üzv ölkələrin liderləri investisiya, peyvənd, enerji, təhlükəsizlik və miqrasiya kimi mövzuları müzakirə etmək üçün bir araya gəliblər.

1780672

Belçikanın paytaxtı Brüsseldə 70-dən çox liderin bir araya gəldiyi 6-cı Aİ-Afrika Birliyi sammiti öz işinә başlayıb.

Sammitә  Avropa Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula von der Leyen və Aİ-yə sədrlik edən Fransa prezidenti Emmanuel Makron ev sahibliyi edirlər.

Sammitin məqsədi Afrika və Avropa arasında hərtərəfli tərəfdaşlıq yaratmaqdır.

Aİ-nin 27 ölkəsinin və Afrikanın 40-a yaxın ölkəsinin liderləri yeddi  əsas mövzunu müzakirә edәcәk.

Qeyd edәk ki, görüşlərdә  “Davamlı və әhatәli inkişaf üçün maliyyə”, “İqlim dəyişikliyi və enerji transformasiyası, rəqəmsallaşma və nəqliyyat”, “Sülh, təhlükəsizlik və idarəetmə”, “Özəl sektora dəstək və iqtisadi inteqrasiya”, “Təhsil, mədəniyyət və miqrasiya”, “Kənd təsərrüfatı vә davamlı inkişaf”, “Səhiyyə sistemləri və peyvənd istehsalı”  kimi mövzular gündәmә gәlәcәk.

Görüşlәrә Şarl Mişel vә Seneqal prezidenti Maki Sal sәdrlik edәcәklәr.

Әlaqәli Xәbәrlәr