Rusiya XİN Rusiyanın hәr an Ukraynaya hücum edә bilәcәyi ilә bağlı iddialara münasibәt bildirib

Nazirlikdәn verilәn bәyanatda deyilir: ‘‘Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı qanuni tələblərini gözdən salmaq üçün Moskvaya qarşı koordinasiyalı informasiya hücumu həyata keçirilir’’.

1777341
Rusiya XİN Rusiyanın hәr an Ukraynaya hücum edә bilәcәyi ilә bağlı iddialara münasibәt bildirib

Rusiya Xarici İşlәr Nazirliyi Rusiyanın hәr an Ukraynaya hücum edә bilәcәyi ilә bağlı yayılan iddialara münasibәt bildirib.

Nazirlikdәn verilәn bәyanatda deyilir: ‘‘Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı qanuni tələblərini gözdən salmaq üçün Moskvaya qarşı koordinasiyalı informasiya hücumu həyata keçirilir’’.

Bu arada Kreml Rusiya prezidenti  Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında telefon danışığının planlaşdırıldığını açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, ABŞ tərəfinin xahişi ilə Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında fevralın 12-də, şənbə günü telefon danışığı planlaşdırılıb.



Әlaqәli Xәbәrlәr