Vladimir Putin Kasım-Jomart Tokayevlә görüşüb

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə yanvar ayında Qazaxıstanda baş verən hadisələri müzakirə edib.

1776786
Vladimir Putin Kasım-Jomart Tokayevlә görüşüb

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə yanvar ayında Qazaxıstanda baş verən hadisələri müzakirə edib.

Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə Vladimir Putin və Kasım-Jomart Tokayev mətbuata açıqlamalar verib.

Yanvar ayında  Qazaxıstanda baş verən hadisələrə toxunan Vladimir Putin deyib: ‘‘Qazaxıstan yanvar ayında beynəlxalq dəstələrin qurbanı olub. Ölkə hakimiyyətin səyləri nəticəsində ayaqda möhkəm dayanıb''.

Ölkədəki vəziyyətin normallaşdığına  diqqət çəkən Vladimir Putin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana qoşun göndәrdiyini xatırladıb.

Rusiya prezidenti deyib: "Bilirəm ki, bu hadisələr zamanı vurulan  ziyanı aradan qaldırmaq çox ciddi  sәylәr tələb edir. Lakin sizin sayənizdə Qazaxıstan ayaqda möhkәm dayanıb vә sürәtlә inkişaf edir".

Rusiya ilә Qazaxıstan arasındakı  münasibətlərә dә  toxunan Vladimir Putin bu münasibәtlәrdәki potensialın iqtisadiyyat sahəsində istifadə olunacağına ümidvar olduğunu bildirib.

"Mən şadam ki, Rusiya Qazaxıstanın ən böyük ticarət və iqtisadi tərəfdaşıdır. Ötən il ikitərəfli ticarətin həcmi 34 faiz artaraq 26 milyard 500 milyon dollara çatıb. Bu, çox yaxşı göstəricidir",-deyә Rusiya prezidenti vurğulayıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə öz növbəsində ölkəsindəki hadisələrin beynəlxalq terrorçular tərəfindən təşkil edildiyini bəyan edib.

“Bu hadisәlәrin  mәqsәdi  konstitusiya quruluşunu pozmaq və çevriliş hәyata keçirmәkdi. Hazırda istintaq davam edir. İlkin nәticәlәri dә әldә etmәyә başladıq. Təəssüflər olsun ki, çox sayda insan hәyatını itirib.Bu sәbәbdәn mәn çox narahatam.Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm’’,-Qazaxıstan prezidenti deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda mühüm rol oynadığını bildirən Tokayev Putinlə keçirdiklәri görüşdə strateji әhәmiyyәtә malik məsələləri müzakirə edəcəklərini və bəzi müqavilələr imzalayacaqlarını bildirib.



Әlaqәli Xәbәrlәr