Vladimir Zelenski tәşkil etdiyi mәtbuat konfransında Donbas mәsәlәsini qiymәtlәndirib

Ukrayna dövlәt başçısı Vladimir Zelenski Donbas mәsәlәsi ilә bağlı Normandiya Formatına üzv ölkәlәrinin liderlәrinin sammitinin әn qısa zamanda keçirilmәsini gözlәdiklәrini söylәyib.

1775556

Vladimir Zelenskı Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşdәn sonra mәtbuat konfransı tәşkil edib.

Emmanuel Makron ilә keçirdiklәri görüşdә Ukraynanın şәrqindәki Donbas mәsәlәsini müzakirә etdiklәrini dilә gәtirәn Vladimir Zelenski deyib: ‘‘Görüşdә sülh prosesini müzakirә etdik. 2019-cu ildә Parisdә keçirilәn Normandiya Formatına üzv dövlәtlәrin liderlәrinin sammitindә әldә olunan razılaşmalar çәrçivәsindә әn qısa zamanda yenidәn sammitin keçirilmәsini gözlәyirik. Ukrayna torpaqlarının işğaldan azad edilmәsi üçün әmәkdaşlığımızı davam etdiririk ’’.

Rusiya prezidenti Vladimir Putinin “Ukrayna Minsk razılaşmaları ilə bağlı səbirli olmalıdır” açıqlamasını qiymәtlәndirәn Vladimir  Zelenski deyib: "Ukrayna səbirlidir. Məncə, bu, müdriklikdir. Bu, bütün avropalılar və ruslar üçün vacibdir. Çünki gərginlik bizim səbrimizdən asılıdır. Biz öz ölkəmizi qoruyuruq".

Әlaqәli Xәbәrlәr