Ukrayna: Türkiyə ilə imzalanan müqavilələr Ukraynanın möhkəm dayandığının sübutudur"

Dmitro Kuleba bildirib ki, fevralın 3-də Türkiyə ilə imzalanan müqavilələr bütün hədə-qorxulara baxmayaraq, ölkəsinin möhkəm dayandığını və dostlarının Ukraynaya inandığını sübut edir.

1773636
Ukrayna: Türkiyə ilə imzalanan müqavilələr Ukraynanın möhkəm dayandığının sübutudur"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, favralın 3-də Türkiyə ilə imzalanan müqavilələr bütün hədə-qorxulara baxmayaraq, ölkəsinin möhkəm dayandığını və dostlarının Ukraynaya inandığını sübut edir.

Kuleba onlayn mətbuat konfransında fevralın 3-də Türkiyə ilə 8 mühüm strateji müqavilə imzaladıqlarını xatırladıb.

Müqavilələrin bütün təhdidlərə və hədə-qorxulara baxmayaraq ölkəsinin möhkəm dayandığı, təhlükəsiz inkişafa davam etdiyi və dostlarının Ukraynaya inandığının sübutu olduğunu qeyd edən Kuleba Moskvanın hədə-qorxu strategiyasının işə yaramadığını bildirib.

Kuleba risklərin davam etdiyini və hər ssenariyə hazır olduqlarını bildirərək, Rusiyanın bu raundda məğlub olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında fevralın 3-də Kiyevdə baş tutan görüşdən sonra iki ölkə arasında azad ticarət sazişi də daxil olmaqla 8 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr