ABŞ dövlәt katibi vә Rusiya XİN rәhbәri arasında telefon danışığı olub

ABŞ  dövlət katibi Entoni Blinken vә Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

1772040
ABŞ dövlәt katibi vә Rusiya XİN rәhbәri arasında telefon danışığı olub

ABŞ  dövlət katibi Entoni Blinken vә Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamentindәn verilәn bәyanatda görüşün Vaşinkton rәhbәrliyinin Rusiyanın tәhlükәsizliklә bağlı tәklifinә verdiyi yazılı cavabından sonra baş tutduğu qeyd olunub.

Bәyanatda deyilir: ‘‘Entoni Blinken ABŞ-ın tərəfdaşlarımız və müttəfiqlərimizlə tam koordinasiya şəraitində ikitərəfli qaydada və ya müttəfiqlər və tərəfdaşlarla birlikdә  təhlükəsizliklә bağlı narahatlıqlar mәsәlәsindә Rusiya ilə fikir mübadiləsini davam etdirməyə hazır olduğunu vurğulayıb”.

Bәyanatda  qeyd olunub ki, Entoni Blinken söhbәt zamanı Ukraynanın suverenliyinә və ərazi bütövlüyünə hörmәt etdiyini ifadә edib  vә ABŞ-ın xarici siyasətini və müttəfiqliklərini müəyyən etmək hüququna malik olduğunu bildirib.

"Entoni Blinken Rusiyadan gərginliyi azaltmağı, qoşunlarını və hәrbi  texnikasını Ukrayna sərhədlərindən çıxarmağı xahiş edib. O, Ukraynanı işğal etmәnin ciddi nəticələri olacağını vurğulayaraq Rusiyaya mәsәlәnin diplomatik yolla hәll edilmәsi ilә әlaqәdar çağırış edib’’,-deyә bәyanatda vurğulanıb.

Telefon danışığı ilә bağlı açıqlama verәn Sergey Lavrov isә təhlükəsizliyin digər dövlətlərin təhlükəsizliyi bahasına güclәndirilmәsinin vacibliyini vurğulayıb.

“ABŞ və NATO-nun bu məsələdə son dərəcə mənfi mövqe nümayiş etdirdiyini görürük’’,-deyә Sergey Lavrov qeyd edib.

Lavrov bildirib ki, qərbli həmkarlarımız Avro-Atlantik mәkanda  razılaşdırılmış beynəlxalq hüququn əsas prinsipinə məhəl qoymurlar.

“Mən Entoni Blinkenə bu mәsәlәnin görmәzlikdәn gәlinmәsinә imkan vermәyәcәyimizi bildirdim. İşlərin necə gedəcəyini görəcəyik”,-deyә Rusiya xarici işlәr naziri deyib.
 



Әlaqәli Xәbәrlәr