Əfqanıstanda təkcə bir ayda yüzlərlə uşaq həyatını itirib

“Uşaqları xilas edin” (Save the Children) təşkilatından verilən məlumata görə...

1771172
Əfqanıstanda təkcə bir ayda yüzlərlə uşaq həyatını itirib

 

  Əfqanıstanda 2022-ci ilin dekabr ayında 135 uşaq sətəlcəm və qeyri-kafi bəslənmədən həyatını itirib.

  “Uşaqları xilas edin” (Save the Children) təşkilatından verilən məlumata görə, Əfqanıstanda başda sətəlcəm və qeyri-kafi bəslənmə olmaqla, müxtəlif xəstəliklərdən ölən uşaq sayı artmaqdadır. Belə ki, Əfqanıstanda 2022-ci ilin dekabrında 135 uşaq sətəlcəm və qeyri-kafi bəslənmədən həyatını itirib. Bu, ölkədə ailələrin yarısından çoxunun lazımi tibbi xidmət almadığını göstərir.

  Xarici dövlətlərin Əfqanıstana maddi varlıqlarının dondurulması, bu ölkəyə köməklərin kəsilməsi səbəbindən sağlıq sistemi çöküb və əfqanıstanlı uşaqlar üçün ölümcül nəticələrə gətirib-çıxarıb.

  Əfqanıstanda bir çox tibbi mərkəz, xüsusilə klinikalarda tibbi personalların maaşları verilmir. Buna görə xəstəxanalar və apteklər boşdur.

  Xəstəliklərin uşaqlar arasında artmasının əsas səbəbi qeyri-kafi bəslənmədir.

  Qeyd edək ki, Taliban 2021-ci ilin avqust ayında Əfqanıstan hakimiyyətini ələ keçirdikdən sonra Dünya Bankı, Avropa Komissiyası və Amerika Birləşmiş Ştatları, Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ölkəyə sağlıq proqramları üçün maliyyə və beynəlxalq yardımlar kəsilib.



Әlaqәli Xәbәrlәr