İngiltərənin xarici işlər və müdafiə nazirləri Moskvaya səfər edəcək

İngiltərənin xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uolles bir neçə gündən sonra Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

1770593
İngiltərənin xarici işlər və müdafiə nazirləri Moskvaya səfər edəcək

İngiltərənin xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uolles bir neçə gündən sonra Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Bu barədə İngiltərə Baş Nazirliyinin ofisindən yayılan məlumatda “Baş nazir (Boris Conson) keçən həftə İcmalar Palatasında Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyünü açıq şəkildə ifadə edən bəyanatından sonra o, xarici işlər və müdafiə nazirlərinə yaxın günlərdə Moskvaya səfər edərək həmkarları ilə görüşməyi tapşırıb. Onlara Prezident Vladimir Putin hökuməti ilə münasibətləri yaxşılaşdırmaq və (Ukrayna ilə) gərginliyin azaldılmasına kömək etmək tapşırılıb" ifadəsi yer alıb. 

Məlumatda Conson son həftələrdə tərəfdaşları ilə danışıqlar zamanı qeyd edib ki, uğurlu çəkindirmə və diplomatiyanın uğurlu kombinasiyası olmadan “Rusiya və Ukraynada minlərlə insan həyatını itirəcək”.

Consonun gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq və “bu mesajı şəxsən çatdırmaq” üçün bölgəyə getmək niyyətində olduğu da bildirilib, lakin onun hansı ölkəyə olacağı açıqlanmayıb.



Әlaqәli Xәbәrlәr