İsrail prezidentinin BƏƏ-yə ilk rəsmi səfəri

“Al-Arabiya” telekanalının məlumatına görə...

1770505
İsrail prezidentinin BƏƏ-yə ilk rəsmi səfəri

 

  İsrail prezidenti səviyyəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfər başlayıb. Əbu-Dabi hava limanında İsrailin dövlət başçısı İsaak Hersoqu BƏƏ-nin Xarici işlər naziri Şeyx Abdulla ibn Zayed əl-Nəhyan qarşılayıb.

  “Al-Arabiya” telekanalının məlumatına görə, İsrail prezidentin olduğu təyyarə Səudiyyə Ərəbistanı üzərindən uçarkən İsaak Hersoq özünün tviter hesabında aşağıdakı sözləri paylaşıb: “Hazırda Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr olmasa da, biz tezliklə İslamın iki müqəddəs şəhərinin sahibi olan krallıqla bu münasibətləri yaradacağımıza ümid edirik”.

  Səfər ərəfəsində Yaxın Şərq regionunda sülhün və təhlükəsizliyin bərqərar olması və ərəb dünyası ilə əlaqələrin möhkəmlənməsi istiqamətində səylərin artırılacağı mesajını verən İsrail prezidenti əlavə edib ki, bu məsələlər BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd ibn Zayed ilə müzakirə olunacaq.

  Qeyd edək ki, 2021-ci ilin dekabrında İsrailin Baş naziri Naftali Bennett də BƏƏ-yə getmişdi. Bu yaxınlarda isə rəsmi Təl-Əviv terrorizmə qarşı mübarizədə Əbu-Dabiyə öz dəstəyini təklif edib.



Әlaqәli Xәbәrlәr