Afrikada “Ana” tropik fırtınası 78 nəfərin ölümünə səbəb olub

Afrika ölkələri Mozambik, Malavi və Madaqaskarda tüğyan edən “Ana” tropik fırtınası bir sıra dağıntılara, habelə 78 nəfərin ölümünə səbəb olub.

1769703
Afrikada “Ana” tropik fırtınası 78 nəfərin ölümünə səbəb olub

Afrika ölkələri Mozambik, Malavi və Madaqaskarda tüğyan edən “Ana” tropik fırtınası bir sıra dağıntılara, habelə 78 nəfərin ölümünə səbəb olub.

Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Agentliyindən verilən açıqlamada qeyd edilir ki, qitə ölkələrinin minlərlə sakini evlərini tərk edib. Madaqaskarda azı 41 nəfərin öldüyü, 100 min insanın fırtınanın yaratdığı daşqınlar səbəbindən evlərini tərk etməli olduğu bildirilir. Malavidə azı 19 nəfər həyatını itirib, ölkə daxilində elektrik enerjisi kəsilib, bəzi bölgələr fəlakət zonası elan edilib.

Fırtına habelə Mozambikdə azı 15 insanın həyatını itirməsinə səbəb olub, bununla belə, rəsmi qurumlar ölənlərin sayının tam məlum olmadığını, 20 min adamın daşqınlardan zərər çəkdiyini xəbər veriblər. Mozambikin milli fəlakət agentliyinin hesablamalarına görə, ölkədə 3 minə yaxın ev qismən, 600-dən çox ev isə tamamilə dağılıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNISEF) Mozambikdə humanitar yardıma ehtiyac duyduğunu təxmin etdiyi 45 000 nəfərə yardım etmək üçün ölkəyə heyət yerləşdirdiyini bildirib.

Bundan əlavə, Madaqaskar, Mozambik və Malavidə fırtınanın yaratdığı daşqınlar səbəbindən 600 min hektar kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.



Әlaqәli Xәbәrlәr