ABŞ vә Ukrayna prezidentlәri arasında telefon danışığı olub

Bu barәdә Ağ Evdәn verilәn mәlumatda bildirilib.

1769636
ABŞ vә Ukrayna prezidentlәri arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden  vә Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barәdә Ağ Evdәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Co Bayden söhbәt zamanı Rusiyanın Ukraynanı işğal edәcәyi tәqdirdә ABŞ-ın tәrәfdaşları vә müttәfiqlәri ilә qәtiyyәtli addım atmağa hazır olduğunu ifadә edib. Co Bayden Amerika Birlәşmiş Ştatlarının Ukraynanın әrazi bütövlüyü vә suverenliyinә dәstәk verdiyini bir daha vurğulayıb. Co Bayden Amerika Birlәşmiş Ştatlarının Ukrayna iqtisadiyyatını dәstәklәmәk üçün makroiqtisadi dәstәk yolları axtarışında olduğunu deyib. ABŞ prezidenti sәfirlik  әmәkdaşlarının ölkәdәn çıxmasına baxmayaraq ABŞ-ın Ukraynadakı sәfirliyinin fәaliyyәt göstәrdiyini qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski dә Co Baydenlә keçirdiyi görüşlә bağlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

‘‘Görüşdә gәrginliyin azaldılması ilә bağlı göstәrilәn diplomatik sәylәri müzakirә etdik.Qarşıdakı dövrdә atılacaq birgә addımlar mövzusunda razılıq әldә etdik.Baydenә hәrbi yardımlarına görә tәşәkkür etdim, hәmçinin Ukraynaya maddi dәstәyin verilmәsi mәsәlәsini müzakirә etdik’’,-deyә Vladimir Zelenski paylaşımında vurğulayıb.

Bu arada Ağ Evin Milli Təhlükəsizlik Şurasının mәtbuat katibi Emili Horn verdiyi açıqlamada Co Baydenin  söhbәt zamanı Vladimir Zelenskiyә Rusiyanın gәlәn ay Ukraynanı işğal edә bilәcәyi ilә bağlı xәbәrdarlıq etdiyini bildirib

“Prezident qeyd edib ki, Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair açıq bir ehtimal var. O, bunu ictimaiyyət qarşısında da deyib və biz təxminən bir aydır ki, bu barədə xəbərdarlıq edirik”, - deyə Emili Horn vurğulayıb.



Әlaqәli Xәbәrlәr