Yaponiya və ABŞ donanmaları birgə hərbi təlib keçirib

Yaponiya və ABŞ donanmaları Okinava ştatı yaxınlığında birgə təlim keçirib.

1767893
Yaponiya və ABŞ donanmaları birgə hərbi təlib keçirib

Yaponiya və ABŞ donanmaları Okinava ştatı yaxınlığında birgə təlim keçirib. Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) ada  ştatı olan  Okinavanın  cənubunda ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirdiyini açıqlayıb. Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus Hyuqa esminesinin iştirak etdiyi təlimdə ABŞ-na  aid  USS Carl Vinson və Abraham Lincoln aviadaşıyıcıları da daxil olmaqla, Hərbi Dəniz Qüvvələrinin 10 gəmisi iştirak edib.

İctimai yayımçı NHK,  Çinin bölgədə artan hərbi gücünə və fəaliyyətinə diqqət çəkərək, təlimin Yaponiya-ABŞ ittifaqının gücünü nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Yaponiya Müdafiə Nazirliyi 2021-ci ilin dekabrında elan etmişdi ki, sözügedən sularda seyr edən Çin təyyarədaşıyan gəmisində döyüş təyyarələrinin eniş və qalxma təlimləri həyata keçirir.



Әlaqәli Xәbәrlәr