Mali: “Danimarkalı əsgərlər dərhal ölkədən çıxarılsınlar”

Malidəki xunta administrasiyası ötən həftə Takuba sülh məramlı qüvvə  tərkibində yerləşdirilmiş 100 əsgərin dərhal ölkədən  çıxarılmasını  tələb  edib

1767715
Mali: “Danimarkalı əsgərlər dərhal ölkədən çıxarılsınlar”

 Hökumət sözçüsü Abdoulaye Maiqa tərəfindən mövzu ilə əlaqəli açıqlama yayılıb. Bildirilib ki, Takuba missiyası qrupu tərkibində şərqi Menaka ərazisində yerləşdirilmiş Danimarka əsgərləri "dərhal" ölkədən çıxarılmalıdır. Danimarka ilə Mali arasında hərbi əməkdaşlıq müqaviləsinin olmadığı xatırladılan  açıqlamada, sözügedən əsgərlərin Mali Respublikasından  xəbərsiz əraziyə cəlb olunduqlarına diqqət çəkilib.

Qeyd edək ki, Takuba qüvvələri tərtibində Fransa, İsveç, Estoniya, İtaliya, Belçika, Hollandiya, Portuqaliya və Çexiyadan 500-ə qədər əsgər vəzifə icra edir. Fransanın yaxın müttəfiqləri Almaniya, İspaniya və İngiltərə 2020-ci ildə Saheldəki terror problemini aradan qaldırmaq və Fransanın Baxane əməliyyatını dəstəkləmək üçün qurulan Takubaya qoşulmaqdan imtina edirlər.



Әlaqәli Xәbәrlәr