Almaniyada məscidə hücum təşkil edilib

Almaniyanın Halle şəhərində içində məscid də olan İslam Mədəniyyəti Mərkəzi Dərnəyinə ardıcıl atəş açılıb.

1767264
Almaniyada məscidə hücum təşkil edilib

TRT xəbər verir ki, bu barədə Halle Polis İdarəsidən bəyanat yayılıb. Bildirilib ki, İslam Mədəniyyəti Mərkəzinə hücum nəticəsində binanın fasadına üç güllə dəyib. Palisin başlatdığı istintaq nəticəsində hücumun binanın qarşısında yerləşən bir mənzildən təşkil edildiyi aşkarlanıb. Sözmövzusu evdə aparılan axtarış nəticəsində iki silah müsadirə edilib. ev sahibi nəzarətə götürülüb. Hadisə ilə bağlı istintaq davam edir.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sosial media hesabında paylaşılan açıqlamada isə Halledə məsciddəki insanların növbəti dəfə hücuma məruz qaldıqlarına diqqət çəkilib. Şübhəlini yaxalayan Halle polisinə təşəkkür edilib.



Әlaqәli Xәbәrlәr