Ukrayna hərbi təlim keçirib

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krımın yaxınlığında reaktiv yaylım atəş sistemindən istifadə etməklə hərbi təlim keçirib.

1766299
Ukrayna hərbi təlim keçirib

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krımın yaxınlığında reaktiv yaylım atəş sistemindən istifadə etməklə hərbi təlim keçirib.

Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada təlimdə BM-21 “Qrad” model reaktiv yaylım atəş sistemlərindən istifadə edildiyi bildirilib.

Açıqlamada Krım yaxınlığındakı Xerson bölgəsində keçirilən təlimin ordunun qəfil vəziyyət dəyişikliyinə hazır olması üçün həyata keçirildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr