Entoni Blinken Vladimir Putinə çağırış edib

Ukraynada danışıqlar aparan ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putini “sülh yolu” seçməyə çağırıb.

1765237
Entoni Blinken Vladimir Putinə çağırış edib

Ukraynada danışıqlar aparan ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putini “sülh yolu” seçməyə çağırıb.

Ukraynaya dəstək məqsədilə bu ölkəyə səfər edən Entoni Blinkenin bu açıqlamasının Cenevrədə rusiyalı həmkarı Lavrovla görüşündən iki gün əvvəl olması diqqət çəkib.

Blinken ABŞ-ın Ukraynadakı səfirliyində verdiyi açıqlamada “Ümid edirəm ki, biz bunu (böhranı) diplomatik və sülh yolu ilə davam etdirə biləcəyik, lakin son nəticədə bu, Prezident Putinin qərarı olacaq” deyib.

Blinken Kiyevə səfəri zamanı Putinin Ukrayna sərhədinə daha çox hərbçi göndərə biləcəyini də iddia edərək “Bilirik ki, çox qısa müddətdə bu gücü daha da artırmaq planları var və bu, Prezident Putinə çox qısa müddətdə Ukraynaya qarşı daha aqressiv addımlar atmağa imkan verir” ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr