Prezidentin sui-qəsdinin əsas fiqurlarından biri yaxalandı

Məlumatı Yamayka Milli Polisi yayıb

1763212
Prezidentin sui-qəsdinin əsas fiqurlarından biri yaxalandı

 

  İyulun 7-də Haiti prezidenti Jovenel Moyz (Covenel Moise) sui-qəsdinin əsas fiqurlarından biri olan sabiq senator Con Coel Cozef (John Joel Joseph) Yamaykada yaxalanıb. Məlumatı Yamayka Milli Polisi yayıb.

  Qeyd edək ki, prezidentin ölümündən sonra Haiti Milli Polisinin rəisi Leon Çarlz (Leon Charles) C.C.Cozefin sui-qəsddə əsas oyunçulardan biri olduğunu, onun bu qrupu silahla təmin etdiyini və onlarla dəfələrlə görüşdüyünü bildirmişdi.

  Xatırladaq ki, Haiti prezidenti Jovenel Moyz iyulun 7-də Haitinin paytaxtı Port-o-Prensdəki (Port Au Prince) evində sui-qəsd nəticəsində dünyasını dəyişib. Hücum zamanı prezidentin həyat yoldaşı Martina Moyz (Martine Moise) isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr